Ərdoğanla Quttereş Ukraynada təcili humanitar dəhlizlərin açılmasını müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quttereş arasında görüş başa çatıb.


“TRT Haber” xəbər verir ki, tərəflərin qarşılıqlı fikir mübadiləsi saat yarım davam edib.

Onlar bir çox aktual məsələləri, o cümlədən Ukraynadakı durum ətrafında fikir mübadiləsi aparıblar.

A.Quterreş Ərdoğanla görüşdə Türkiyənin Ukraynadakı diplomatik səylərini dəstəklədiyini bildirib.

BMT Baş katibinin ofisindən qeyd edilib ki ki, görüş zamanı tərəflər Ukraynada təcili humanitar dəhlizlərin açılmasının vacibliyini vurğulayıblar.

Türkiyə lideri isə bildirib ki, rəsmi Ankara Ukraynadakı humanitar böhrana son qoymaq üçün BMT ilə sıx əməkdaşlığını davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu