“UnionPay” sanksiyalı Rusiya bankları ilə əməkdaşlığı dayandırdı


Çinin məşhur “UnionPay” ödəniş sistemi Rusiyanın sanksiya altına düşən bankları ilə əməkdaşlığı dayandırıb. Musavat.com RBK-ya istinadən xəbər verir ki, artıq həmin banklara “UnionPay” ödəniş kartlarının buraxılışı qadağan olunub.


“Sberbank”dakı mənbə RBK-ya bildirib ki, onların “UnionPay”lə “Mir” kartlarının əlaqələndirilməsi planı da dayandırılıb.

Qeyd edək ki, Rusiyanın sanksiya altına düşən “Alfabank”, “Otkrıtiye”, VTB bankları da Çin ödəniş sisteminin kartlarını buraxmağı planlaşdırırdılar. Bununla bağlı Çin tərəfi ilə danışıqlar da aparılırdı. Lakin danışıqlar Çin şirkəti tərəfindən heç bir izahat verilmədən dayandırılıb. Bəzi mənbələr “UnionPay”ın bu addımı Qərbin ikincili sanksiyalarından çəkinməsi ilə izah ediblər. Belə ki, ödəniş sistemi sanksiyaya məruz qalmayan Rusiya bankları ilə əməkdaşlığı davam etdirir.

Əsası 2002-ci ildə qoyulan “UnionPay” beynəlxalq ödəniş sistemidir. Onun ödəniş şəbəkəsi sisteminə 180 ölkə və region daxildir. “UnionPay” İsveçrə, Yunanıstan, İtaliya, İspaniya, Almaniya, Meksika, Kipr, Tayland, Hindistan, İsrail, Portuqaliya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Avstriya və digər ölkələrdə işləyir.

Xatırladaq ki, mart ayında Çinin 2 ən böyük dövlət bankı da sanksiya altına düşən Rusiya bankları ilə əməkdaşlığı dayandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu