Bank sektorunun əsas göstəriciləri açıqlanıdı


28 fevral 2022-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.


Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 milyard 483,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 19,5 % çoxdur.

Bankların aktivlərinin 15 milyard 976,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun xalis kredit portfeli 22,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 41,5 %-ə yüksəlib.

Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-fevral dövrünü 107,7 milyon manat xalis mənfəət ilə başa vurub. Sektroun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 milyon manat və ya 47,3% artıb. Bank sektoru 2021-ci ilin yanvar-fevral dövrünü 73.1 milyon manat xalis mənfəət ilə bağlamışdı. (Marja)












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu