FİFA Ukrayna və Rusiyada çıxış edən futbolçularla bağlı qərarlarını açıqladı


Rusiyanın Ukraynaya işğal məqsədilə hərbi təcavüzündən sonra FİFA rəhbərliyi iclas keçirib.


Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar çıxarılıb. Bir qədər də konkretləşdirsək Ukraynada çalışan məşqçi və futbolçuların klubları ilə müqavilələri dayandırılıb. FİFA rəsmiləri Rusiyanın Ukraynaya qarşı əməliyyatından sonra bu ölkələrdə çalışan məşqçi və futbolçuların gələcəyini müzakirə etmək üçün bir araya gəlib, qərarları rəsmi internet səhifəsində açıqlayıb.

Ukrayna klubları ilə müqaviləsi dayandırılan futbolçular arasında U-21 millimizin üzvü Emil Mustafayev və əsas yığmamızdan Anatoli Nuriyev də yer alıb. Emil "Oleksandriya"nın, Nuriyev isə "Kolos"un formasını geyinir.

FİFA-nın qəbul etdiyi qərarlar aşağıdakılardır:

- Ukraynada çalışan məşqçi və futbolçuların müqavilələri 30 iyun 2022-ci ilə qədər dayandırılıb.

- Buna uyğun olaraq, Ukraynada çalışan məşqçi və futbolçular sözügedən tarixə qədər Ukrayna və Rusiya təmsilçilərindən başqa komandalarla anlaşa biləcəklər.

- Martın 10-na kimi Rusiya klublarından iyunun 30-na kimi xaricdə işləmək istəyən məşqçi və futbolçuların istəyinin nəzərə alınmaları tələb olunub. Rusiya klubları bunu qəbul etməyəcəyi təqdirdə, ölkədə çalışan məşqçi və futbolçuların müqavilələrə birtərəfli qaydada xitam vermə hüququ var.

Ukrayna Premyer Liqası komandalarının heyətində əcnəbi oyunçular aşağıdakılardır.

"Şaxtyor" (Donetsk): Marlon, Vitao, Ismaili, Dodo, Vinisius Tobias, Markos Antonio, Maykon, Alan Patrik, Manor Solomon, David Neres, Tete, Pedrinho, Lassina Traore, Fernando
"Dinamo" (Kiyev): Tomaş Kedziora, Vitinyo, Benjamin Verbiç, Karlos de Pena
"Dnipro-1": Valentin Koyokaru, Nelson Monte, Busanello, Neven Durasek, Fransisko Di Franko, Felipe Pires, Bill, Mark Qual
"Zarya" (Luqansk): Juninyo, Lovro Svek, Kristian, Şahab Zahedi, Raymond Ovusu
"Vorskla" (Poltava): Yoonas Tamm, Qyoko Zaykov, David Puklin, Olivye Till, Ibrahim Key, Nayeeb Yakubu, Vinsent Till, Boqdan Vastsuk, Amilkar Dyau Kodjovi, Rangel
"Oleksandriya": Emil Mustafayev, Klaudio Spinelli
"Desna" (Çerniqiv): Artyom Xatskeviç, Georgios Ermidis
"Kolos" (Kovalivka): Aleksandr Pavlovets, Nikolay Zolotov, Matiya Rom, Anatoli Nuriyev, Dieqo Santos Karioka, Nika Siçinava, Renan Oliveyra
"Veres" (Rivne): Jirayr Marqaryan, Vladislav Kreyda, Mixail Qetsev
"Rux" (Lvov): Elhadyi Pape Diav, Lassana Faye, Edson, Talles, Anc-Freddi Plumain, Viv Solomon-Otabor, Fabrisio Alvarenga
"Metallist 1925" (Xarkov): Solomon Kvirkvelia, Fabinyo, Marlison, Derek
"Lvov": İssiar Drame, Enes Mahmutoviç, Mihay Leka, Fran Kirjak, Faruk Miya, Velves
"Inqulets" (Petrove): Mohamed Ali Ben Salem, Villiam, Hennos Asmelaş, Dmitri Mandrisenko, Rodney Antvi, Mixael Gopey Stefen
"Çernomorets" (Odessa): Duqlas Berqvist, Manjrekar Ceyms, İliya Martinoviç, Vanderson, Beka Vaçiberadze, Xorxe Ernandes, Rudi Pozeq Vanças, Georgi Tsitaişvili
"Minaj": Mislav Matiç, Siaka Baqayoko, Dominik Mixayleviç, Lovro Qrajfone



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu