Çavuşoğlu bu gün Azərbaycana gəlir
“Bu gün can Azərbaycana səfərə yola düşürəm”.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO XİN rəhbərlərinin fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
“Sabah Prezident İlham Əliyev bizi qəbul edəcək. Azərbaycanla da danışmalı olduğumuz ikitərəfli regional məsələlər var”, - deyə o qeyd edib.