Gürcüstanın XİN başçısı: “Ukrayna səfirinin tezliklə Tbilisiyə dönəcəyinə ümid edirik”


“Ukrayna səfirinin tezliklə Gürcüstana dönəcəyinə və öz vəzifələrinin icrasını davam etdirəcəyinə ümid edirik”.


Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalının “Xronika” verilişində deyib.

O, ötən gün Ukraynanın Gürcüstandakı səfirinin geri çağrılması barədə Prezident Volodimir Zelenskinin bəyanatından bir neçə saat sonra ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı apardığını bildirib.

D.Zalkaliani danışıq zamanı səfirin geri çağırılmasına təəccübləndiyini qeyd edib: “Hazırkı vəziyyətdə bu qərarı tələsik və bir qədər emosional hesab edirəm. Xahiş etdim ki, bu qərarın həm bizim cəmiyyətdə, həm də beynəlxalq ictimaiyyətdə hansı əhval yaradacağı ilə bağlı dərin təhlil aparılsın. Bu məsələ strateji tərəfdaşlığımıza uyğun olaraq yaxın gələcəkdə həll edilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu