NATO: "Putinin əmri Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır"


Rusiya Prezidenti Vladimir Putinin Qərbin aqressiv bəyanatlarına cavab olaraq bu ölkə ordusundakı xüsusi qüvvələrin ciddi döyüş növbətçiliyinə keçməsi barədə əmri NATO-nun, eləcə də Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır.


Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Prezident Putinin yeni bəyanatları Rusiyadan son aylarda və xüsusən də son həftələrdə eşitdiklərimizə aqressiv ritorika əlavə etdi”, - o CNN-ə deyib: “Bu, NATO-nun Şimali Amerika və Avropa müttəfiqlərinin birliyinin vacibliyini vurğulayır".

“Mən ABŞ-ın Avropaya əlavə qüvvələr göndərməsi liderliyini yüksək qiymətləndirmək istərdim”, - Stoltenberq əlavə edib.

Onun sözlərinə görə, NATO Rusiyadan birbaşa təhlükə görmür. “Biz dərhal təhlükə görmürük, lakin Ukraynaya qarşı güc tətbiq etməklə və həmçinin NATO müttəfiqlərini hədələməklə əsas təhlükəsizlik dəyərlərimizə meydan oxuyan daha aqressiv Rusiya görürük”, - Stoltenberq bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu