Çeçen əsilli "oğru” İstanbulda saxlanıldı - Prezidentin tənqidçilərini öldürməyə hazırlaşırdı


Çeçen əsilli "oğru” Əhməd Dombayev (Əhməd Şalinski) Türkiyənin İstanbul şəhərində saxlanılıb.


Türkiyə hüquq-mühafizə orqanları "oğru”nun saxlanılmasının səbəblərini açıqlamayıb. İddialara görə, Dombayev və tərəfdarları Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Türkiyə və Avropada yaşayan tənqidçilərinə sui-qəsd planlaşdırmaqda şübhəli bilinir.

"Osetiya Respublikası”nın "Daxili İşlər Nazirliyi” Əhməd Dombayev barəsində axtarış elan edib. Axtarışda olan bir şəxsin çox rahat şəkildə Türkiyəyə necə keçməsi barədə sualın cavabı isə açıq qalır.

Əhməd Dombayev və tərəfdarları saxlanılarkən onların üzərindən silah və 2 milyon dollardan çox pul aşkar edilib.

Bildirilir ki, "oğru” saxlanılandan az sonra naməlum şəxslər onun azad edilməsi üçün Türkiyə hüquq-mühafizə orqanları ilə danışıqlara başlayıb. İddialara görə, həmin şəxslər Dombayevin 5 milyon dollar girov müqabilində azadlığa buraxılmasına çalışırlar. Lakin Türkiyə hüquq-mühafizə orqanları hələ ki, qəti qərar qəbul etməyə tələsmir.

Əhməd Dombayev 2012-ci ildə "oğru” titulu alıb. Onu taclandıranlar isə Merab Canqveladze (Merab Suxumuski) və Tariel Onianinin (Taro) rəhbərlik etdiyi "Canqveladze-Oniani” klanı olub. Həmin vaxt kriminal dünyanın ən güclü klanlarından hesab edilən Aslan Usoyanın (Ded Xasan) rəhbərlik etdiyi qruplaşma Əhməd Dombayevi "oğru” kimi qəbul etməyib. Ded Xasan qətlə yetiriləndən sonra isə Dombayev ikinci dəfə taclandırılıb. Bu dəfə ona "oğru” titulu verən Ded Xasanın klanı olub. "Canqveladze-Oniani” klanı isə bu qərarı qəbul etmir. Yəni, vaxtilə, taclandırdıqları Dombayevi "oğru” saymırlar. (Qaynarinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu