"Lotu Quli"nin Türkiyədən deportasiya edildi
Türkiyə hüquq-mühafizə orqanları Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov - "Lotu Quli" barəsində rəsmi açıqlama yayıb.
Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul Mübarizə İdarəsi tərəfindən verilən məlumatda bildirilir ki, İstanbulda Azərbaycan əsilli cinayət təşkilatının iki lideri saxlanılaraq ölkələrinə deportasiya edilib.
Onlardan biri "Lotu Quli" ləqəbli Nadir Salifov, digəri isə Anbar S adlı şəxsdir. Hər iki şəxs cinayətkar aləmin liderləri sayılır. (Unikal.org)