Nazir "Lotu Quli"dən danışdı - O, Türkiyəyə necə daxil olub? - VİDEO


Türkiyənin Daxili işlər naziri Süleyman Soylu azərbaycanlı qanuni oğru "Lotu Quli" haqqında danışıb.



BAKU.WS xəbər verir ki, nazir "TRT Haber" kanalına açıqlamasında Nadir Səlifovun Türkiyədən deportasiya olunduğunu söyləyib.

Süleyman Soylu bildirib ki, ölkədən çıxarılmasına baxmayaraq, "Lotu Quli" yenidən Türkiyəyə başqa yollarla daxil ola bilib:

"Dünyanın 12 mafiyasından birini Türkiyəyə gətirdilər. Dedilər ki, 2018-ci ildə Rusiya mafiyaları Türkiyədə görüşəcəklər. Əməliyyat keçirdik, amma tapa bilmədik. Sonra işi araşdırdıq. Nadir Səlifov 20 il Rusiya həbsxanalarında yatıb. Onu həbs etdik.

İki gün ərzində vəkilləri Türkiyədən çıxmamaq şərti ilə onun buraxılması haqqında qərar çıxartdırdılar. "Lotu Quli"ni azad etdik. Bir metr çölə addım atandan sonra içəri saldıq. 2-3 ay onu içəridə saxladıq və daha sonra ölkəsinə deport etdik.

Sonra Yunanıstandan pasport alıb Kipr vasitəsi ilə Türkiyəyə keçdi. Burada onu öz yaxın adamı öldürdü".

Nazir bildirib ki, bütün mafiyaları Türkiyədən çıxarıblar və ölkəni onlardan təmizləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu