Nazir: “Testin etibarlılığı onu götürən tibb işçisindən çox asılıdır”


“Omikron” ştamının özünəməxsus xüsusiyyətləri var. Hazırda virusu aşkar edəcək əsas üsul olaraq qızıl standart kimi qəbul edilən PCR testi etibarlıdır. Həmin testin etibarlılığı isə testi götürən tibb işçisindən çox asılıdır. Əgər tibb işçisi yaxmanı düzgün götürməsə, onda test neqativ göstərə bilər.


AFN.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

“Ekspres testlərin etibarlığı ilə bağlı heç bir fikir bildirmək istəmirəm. Çünki həmin testlərin heç biri rəsmi şəkildə qəbul olunmayıb. Alimlər yeni test üsullarının üzərində işləyirlər. Bundan sonra spesifik test vasitələri ilə virusun yeni ştamları müəyyən edilə biləcək”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu