“Azərbaycandan aldığımız təbii qazın həcmini artırdıq” - Ərdoğan


“İranla bizim aramızda təbii qaz tədarükündə azalma oldu. Bu səbəbdən Azərbaycan xəttindən aldığımız təbii qazın həcmini artırdıq".


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

“Biz hər səviyyədə təşəbbüs göstərərək nasazlığı aradan qaldırmaq baxımından İranla razılaşdıq. Sənaye müəssisələrində tətbiq olunan enerjinin qismən kəsilməsini əhəmiyyətli dərəcədə azaltdıq. Tezliklə onu tamamilə aradan qaldıracağıq”, - deyə Ərdoğan qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu