İlham Əliyev sabah Ukraynaya gedir


Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək.


“Report” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.

Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu