Almatıda iğtişaşlarda 12 polis öldürülüb
Qazaxıstanın Almatı şəhərində iğtişaşlarda hüquq-mühafizə orqanlarının 12 əməkdaşı öldürülüb.
Bu barədə şəhər komendantlığı açıqlama yayıb.
Məlumata görə, 353 əməkdaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, başı kəsilmiş bir kişinin meyiti aşkarlanıb.