BMT Qazaxıstanda iğtişaşlarda yaralananların sayını açıqladı
Qazaxıstanda baş verən iğtişaşlarla bağlı BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin bəyanatına əsasən, Almatıda keçirilən etiraz aksiyaları zamanı onlarla etirazçı həlak olub, minə yaxın insan isə yaralanıb.
AFN-in məlumatına görə, bəyanatda deyilir:
“Almatıdakı polis sözçüsü təhlükəsizlik qüvvələrinin onlarla etirazçını öldürdüyünü bildirib. Bundan əlavə, yanvarın 2-də başlayan etirazlarda təxminən 1000 nəfərin yaralandığı qeyd edilir”.
Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həlak olub, 317 polis əməkdaşı və Milli Qvardiya əsgəri yaralanıb.