Almatıda başı kəsilmiş üçüncü təhlükəsizlik əməkdaşının meyitinin tapıldığı bildirilir


Qazaxıstanın Almatı şəhərində daha bir başı kəsilmiş təhlükəsizlik əməkdaşının meyiti tapılıb.


Bu barədə yerli KİV-lər xəbər verir ki, SHOT Telegram kanalının yaydığı məlumat rəsmi olaraq təsdiqini tapmayıb. Beləliklə, iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl Almatıda iğtişaşlar zamanı 13 təhlükəsizlik əməkdaşının öldüyü barədə məlumat yayılmışdı. Eyni zamanda Qazaxıstan hakimiyyəti onlardan ikisinin başının kəsildiyini iddia edir.

Bu arada Almatı sakinlərinə şəhərdə antiterror əməliyyatı keçirilməsi barədə SMS bildirişlər daxil olub. Vətəndaşlardan evlərinə və ya başqa təhlükəsiz yerə sığınmaları xahiş olunur. Bundan əvvəl silahlı şəxslərin Almatıda iki böyük xəstəxananı mühasirəyə aldıqları bildirilirdi. Onlar girişi bağlayır, xəstələri və həkimləri içəri buraxmır, həyatlarını təhlükə altına alırlar.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu