İlham Əliyev: “Avropaya qaz nəqlində Bakı ilə Moskva arasında rəqabət mövzusu çox siyasiləşdirilib”


Avropaya qaz nəqlində Bakı ilə Moskva arasında rəqabət mövzusu əsassız olaraq siyasiləşdirilib. Bunu Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.


“Rəqabət problemi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib. Bizim Avropaya qaz tədarükümüz heç bir şəkildə Rusiya ilə rəqabət apara bilməz”, - “İnterfaks” dövlət başçısının müsahibəsindən sitat gətirir.

İlham Əliyev vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə bu məsələ heç vaxt müzakirə olunmayıb.

“Sizə deyə bilərəm ki, biz bu məsələni heç vaxt müzakirə etməmişik. Biz ildə bir neçə dəfə mütəmadi olaraq görüşür və daim telefonla danışırıq, lakin o, bu mövzunu heç vaxt qaldırmayıb”, - deyə Əliyev bildirib.

Dövlət başçısı xatırladıb ki, 2020-ci il dekabrın 31-dən Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya qaz nəqlinə başlayıb.

“Bizim qazımız Avropa bazarları üçün yenidir. Biz bilirik ki, Avropada təbii qaza tələbat ayrı-ayrı ölkələrin enerji strategiyasının bir hissəsi kimi qəbul etdikləri bəzi qərarlar səbəbindən artacaq. Burada isə Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır”, - deyə o əlavə edib ki, Bakı Azərbaycan qazını da almaq istəyən Aİ ölkələri ilə danışıqlara hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu