Qol sevinci futbolçunun ölümünə səbəb oldu - VİDEO

Misirdə futbol matçı zamanı bədbəxt hadisə baş verib.
II Divizion təmsilçisi "Əl-Maqda” klubunun baş məşqçisi Ədhəm Əl-Səlhədar qələbə qolunu qeyd edən zaman dünyasını dəyişib
Əl-Səlhədar komandasının 90+3-cü dəqiqəsində vurduğu qol zamanı oyunçuların yanına qaçaraq qələbəni bayram ediblər. Lakin hakimin davam fitindən sonra mütəxəssis huşunu itirərək meydançanın kənarında yıxılıb. Həkimlər mütəxəssisi xilas etməyə çalışsalar da, nəticəsi olmayıb.
Həmin anın videosunu təqdim edirik: