Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib


"Simurq" futbol klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın "Ximki" klubunun səhmdarı Tufan Sadıqovu tənqid edib.


54 yaşlı mütəxəssis "Sport-Express" nəşrinə müsahibəsində azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.

O bildirib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir: "O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur".

Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə "Simurq"a rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu