Ərdoğandan hakimin döyülməsinə sərt reaksiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə Türkiyə Super Liqasının hesabat turundan sonra meydanda hakimin döyülməsinə münasibət bildirib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Ankaragücü” - “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə əsla icazə verməyəcəyik”, - deyə Erdoğan açıqlayıb.

Xatırladaq ki, ötən gün Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı keçirilib. Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu