ABŞ Putini 2024-dən sonra prezident kimi tanımayacaq - Qətnamə layihəsi hazırlandı


ABŞ Rusiyanın hazırkı prezidenti Vladimir Putini 2024-cü ildə yeni müddətə namizədliyini irəli sürərsə, onu Rusiya dövlətinin başçısı kimi tanımayacq.


Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Konqresinə təqdim olunan qətnamə layihəsində deyilir.

Mətndə göstərilir ki, "Putin seçkilərdəki pozuntulara görə hakimiyyətdədir və onun fəaliyyətini davam etdirməsi qanunsuzdur”. Sənəddə 2020-ci il Konstitusiyasına dəyişiklikləri "Rusiyanın qanunlarını və beynəlxalq öhdəliklərini pozan” kimi qeyd edib. "Putinin 2024-cü ildən sonra vəzifədə qalmaq üçün hər hansı cəhdi ABŞ tərəfindən tanınmaması ilə nəticələnməlidir”, - qətnamədə vurğulanır.

RİA Novosti yazır ki, sənəd qəbul olunarsa, tövsiyə xarakterli olacaq, lakin Moskva artıq sərt bəyanatlar verib. Senator Vladimir Cabarov xəbərdarlıq edib ki, konqresmenlər qətnaməyə səs verərsə, bu, "münasibətlərin pozulmasına gətirib çıxaracaq”.

Ağ Evin mətbuat katibi Cen Psaki bu ərəfədə ABŞ və Rusiya liderləri Co Bayden və Vladimir Putin arasında gələcək söhbəti istisna etməyib. "Mən istisna etmirəm ki, ABŞ prezidenti gələcəkdə nə vaxtsa Rusiya prezidenti ilə danışacaq", - o deyib və Amerika tərəfinin Ukraynadakı vəziyyət və ikitərəfli münasibətlərlə bağlı Rusiya hakimiyyəti ilə əlaqə saxlamağa davam etdiyini vurğulayıb.

Putinin özü hələ 2024-cü ildə prezidentliyə namizəd olub-olmayacağı sualına cavab verməyib. O, yeni müddətə namizədliyini irəli sürə və 2020-ci ildə Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar nəzəri olaraq 2036-cı ilə qədər hakimiyyətdə qala bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu