Ərdoğan: “Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır”


“Azərbaycanın digər bölgələri ilə Naxçıvanın əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib.

“Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqavilə imzalamalıyıq. "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət kəsb edir”, - deyə dövlət başçısı vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu