Zəfər günündə Şuşa istiqamətində ermənilərin təxribata cəhdinin TƏFƏRRÜATLARI


Ermənilər dünən törətmək istədikləri təxribatın məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyirlər.


AFN xəbər verir ki, bu barədə jurnalist Fikrət Fəraməzoğlu bildirib. O qeyd edib ki, Şuşa-Laçın yolu üzərindəki yolayrıcında dünən 4 erməni təxribatçının (su idarəsinin işçisi adı ilə əraziyə daxil olublar) hazırladığı plan alınmayıb: "Azərbaycan tərəfinin əlində ciddi məlumatlar olduğundan önləyici tədbirlər görməyə başlayıblar. İlk olaraq, Laçın Dəhlizi bağlanıb və ardından ərazidə axtarışlara başlanılıb. Erməni təxribat qruplarından birinin yeri müəyyən edilib. Lakin onlar aradan çıxa biliblər. Su idarəsinin işçiləri adı ilə əraziyə daxil olmuş erməni təxribat qurpu isə ələ keçirilərkən, meşəlikdən açılan atəş nəticəsində onlardan biri öldürülüb, digər üçü iağır yaralanıb.
Ermənilər yedikləri qələti ört-basıdr etmək üçün hadisənin Azərbaycan əsgərləri tərəfindən törədildiyi barədə hay-küy qaldırıblar. Bu gün isə izi itirmək üçün üzərində bayrağımızın əksi olan bıçaq şəkli paylaşıblar və iddia ediblər ki, guya, hadisə yerindən tapılıb. Məqsəd izi itirmək, dünən hazırladıqları təxribatı ört-basdır etməkdir. Bunun yalan olduğunu isbat etmək üçün çox da uzağa getmək yox, elə ermənilərin verdikləri açıqlamaya diqqət yetirmək kifayətdir. Erməniləri iddia edirlər ki, Azərbaycan əsgərinin açdığı atəş nəticəsində 4 erməni yaralanıb. Azərbaycan əsgəri atəş açıbsa, bıçaq orada neyləyir? İkincisi, əsgərimiz o qədər səriştəsiz deyil ki, əməliyyat zamanı bıçağını atsın və ya itirsin. Aydın məsələdi ki, bunu kampaniyaya çevrimək istəyirlər.
Dünən gecə Bakının təkidi ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyan təcili Xankəndinə gəlib. Ondan həmin dəstələrin müəyyən edilməsi, Qarabağdakı Ermənistan ordusunun bölmələrinin çıxarılması tələb olunub. Əks təqdirdə, baş verənlərə görə məsuliyyətin Ermənistanın üzərində qalacağı barədə xəbərdarlıq edilib.
Hazırda Laçın dəhliz açıqdır. Sadəcə, Şuşa və şəhər ətrafında təhlükəsizlik tədbirlər ən üst səviyyəyə qaldırılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu