Nazir: “Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”
![](/uploads/posts/2021-11/1636021570_1622810935_424809563.jpg)
“Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
“Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlar açıb. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”, - nazir vurğulayıb.