İranın XİN başçısı: "Azərbaycanla açıq gərginlik mərhələsi başa çatıb"


“Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb".


“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşularının toplantısının yekununa həsr edilən mətbuat konfransında bildirib.

“Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarımız olub. Fikirmcə, açıq gərginlik mərhələsinin başa vurmuşuq. İki ölkə arasında olan problemlərin tədricən həll olunacağını ehtimal edirəm”, - nazir vuruğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu