Azərbaycan və İranın XİN başçıları görüşüblər


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.


AFN İRNA agentliyinə istinadən xəbər verir ki, görüş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində baş tutub. Görüş zamanı nazirlər iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə ediblər, eyni zamanda əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov iranlı həmkarını Bakıya dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu