"Türkiyəyə dərs vermək sizin həddinizədirmi?" - Ərdoğandan səfirlərin birgə bəyanatına cavab


"Türkiyəyə dərs vermək sizin həddinizədirmi?"


AFN “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ölkənin səfirinin iş adamı Osman Kavalanın birgə bəyanatına münasibət bildirərkən deyib.

“Bu Soros artığını müdafiə edənlər onun necə sərbəst qalmasına nail ola bilərik. Türkiyəyə belə bir dərs vermək sizin həddinizədirmi? Siz kimsiniz?”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış ediblər.O.Kavala casusluq və dövlət çevrilişinə cəhddə təqsirləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu