Qarabağın turizm potensialı qiymətləndiriləcək
Dövlət Turizm Agentliyi Qarabağda turizm resurslarının təhlili və turizm potensialının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün təkliflər sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 2-si, saat 18:00-dək agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96E (I "Landmark" iş mərkəzi) ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 3-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.