Azərbaycan XİN Rusiyaya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada Perm Universitetində baş vermiş insidentlə bağlı bu ölkəyə başsağlığı verib.
Bu barədə məlumatı Azərbaycan XİN öz rəsmi tvitter hesabında yazıb.
“Perm Dövlət Universitetinə hücum nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, Rusiya xalqına dərin hüznlə başsağlığımızı çatdırır, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Perm Dövlət Universitetində silahlı insident yaşanıb. Nəticədə, 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Terror aktı universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədilib.