“Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik”


“Azərbaycanda olmaqdan çox şadam. Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edirəm”.


Bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

“Biz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Ümid edirəm ki, bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək”, - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu