Dünyada koronavirus qurbanlarının sayı 4,5 milyonu ötüb
Pandemiya ərzində dünyada COVID-19-dan ölüm hallarının sayı 4 milyon 500 mini ötüb.
Ayrı-ayrı ölkələrin statistikasına əsasən, təhlükəli virusdan ölümlərin ən böyük sayı ABŞ-da qeydə alınıb - 653 405. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb - 578 396 ölüm. Həmçinin dünyada koronavirusdan ölüm sayına görə Hindistan (437 403) üçüncü, Meksika (257 150) dördüncü, Peru (198 115) beşinci, Rusiya (180 840 ölüm) altıncı, Böyük Britaniya (132 243) yeddinci, İndoneziya (131 372) səkkizinci, İtaliya (129 002) doqquzuncu, Kolumbiya (124 648) onuncu, Fransa (114 083) on birinci, Argentina (111 270) on ikinci, İran (105 287 ölüm) on üçüncü yerdədir.
Dünyada koronavirusa 216 332 98 yoluxma aşkar edilib. Pandemiya ərzində təhlükəli virusdan 193 milyon 317 min 237 insan sağalıb. Hazırda 18 513 591 pasiyentin müalicəsi davam edir.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.