ABŞ hərbçilərə tam azadlıq verdi: Əfqanıstanda əməliyyatlar üçün


ABŞ Prezidenti Co Bayden ölkəsinin hərbi komandanlığına Əfqanıstanda "İslam Dövləti" terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyat keçirmək üçün tam hərəkət azadlığı verib.


Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir:

“Növbəti bir neçə gündə missiyanın daha təhlükəli bir dövrü olacaq. Prezident hərbi komandanlığa hərbçilərimizi qorumaq üçün əməliyyatlar keçirməklə bağlı lazım olan bütün hərəkət azadlığının verilməsini təsdiqlədi”, - deyə Ağ Evin məlumatında qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu