Paşinyan yolun 21 kilometrinin Azərbaycanın olduğunu təsdiqləyir - VİDEO


“Azərbaycan Ermənistandan iki kənd də daxil olmaqla, Gorus-Qafan yolunun 21 kilometrini Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan etməsini tələb edib”.


“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bunu politoloq Stepan Danielyan deyib. O, Baş nazir Nikol Paşinyan tərəfindən bu tələbin qəbul edildiyini bildirib:

“Tələb yerinə yetirilib. Baş nazir hökumətin iclasında bildirdi ki, 21 kilometr Azərbaycan ərazisidir. Eyni zamanda o, iki kəndin Azərbaycan adlarını çəkib”.

Qeyd edək ki, Paşinyan çıxışında Azərbaycanın işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə adlandırıb.

Xatırladaq ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu