"Taliban" PSJ-nin futbolçusunun atasını öldürüb


Fransanın PSJ klubunun Əfqanıstan əsilli danimarkalı qadın futbolçusu Nadiya Nadim ölkəsindəki vəziyyyətdən danışıb.


33 yaşlı hücumçu "BT" nəşrinə açıqlamasında 21 əvvəl "Taliban"a görə ölkədən qaçdıqlarını söyləyib.

Forvard həmin quruplaşmanın anidən hakimiyyəti ələ aldığını bildirib: "Anlamaq çox çətindir. Hazırda düşüncələrim ölkədəki bütün qadınlarla bağlıdır. Gələcəkdə onları nələrin gözlədiyini bilmirəm".

Nadim atasının daha əvvəl məhz "Taliban" tərəfindən öldürüldüyünü xatırladıb: "O, futbolu sevirdi. Bizə ilk dəfə futbol topu alıb. Çox gözəl insan idi. Amma təəssüf ki, "Taliban" tərəfindən öldürüldü".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu