Şəmkir sakini Moskvada həmyerlisini öldürdü - VİDEO


Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan "Fud Siti"də Şəmkir rayon sakini Sabir adlı şəxs öz həmyerlisini bıçaqlayaraq qətlə yetirib.


AFN-nə hadisə şahidlərinin verdiyi məlumata görə, hadisəyə səbəb həmyerlilər arasındakı borc mübahisəsidir. Belə ki, öldürülən şəxs öz həmyerlisi olan Sabirə 100 min rubl pul borclu olub. Sonuncu dəfə telefon danışığı zamanı bir-birini təhqir edən həmyerlilər Moskvada görüşüblər. Bu zaman Sabir qarşı tərəfə çox sayda bıçaq zərbələri vuraraq qətlə yetirib. Sonra hadisə yerindən uzaqlaşaraq polis idarəsinə gedib və təslim olub. Qətlə yetirilən şəxsin adını dəqiqləşdirməyə çalışırıq.

[media=https://www.youtube.com/watch?v=pRVnJkNlNgM]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu