Bakıda mənzildə meyit aşkarlandı

Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüldü Novruzova Mahirə Əkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.