Baydenlə Putin arasında telefon danışığı olub
![](/uploads/posts/2021-07/1625859114_4ae8f15d-8e09-351c-bf3a-e1a01576ad43_850.jpg)
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığında prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.