Hələ də sərhədlərdə insidentlər və minaların yeni qurbanları barədə məlumatlar daxil olur - ATƏT sədri


İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır.


Bunu ATƏT-in hazırkı sədri Ann Linde təşkilatın plenar iclası zamanı deyib.

Onun sözlərinə görə, hələ də sərhədlərdə insidentlər və minaların yeni qurbanları barədə məlumatlar daxil olur: "Ona görə də mən Azərbaycana mina xəritələrinin verilməsi müqabilində saxlanılan ermənilərin qaytarılmasını alqışlayıram. Bunlar müsbət addımdır və etimadın möhkəmləndirilməsi üçün vacib tədbirlərdir. Mən tərəfləri eyni şəkildə davam etməyə çağırıram".(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu