ATƏT sədrindən 15 erməninin qaytarılmasına münasibət


ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan ilə Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.


A.Linde Tvitter hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsini alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə daha çox etimadın yaradılması davamlı həllə yol aça bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu