Ərdoğan Azərbaycanla imzalanacaq yeni müqavilələrin anonsunu verdi
“Bir qartal yuvası kimi yalçın qayaların üzərində qurulmuş Şuşada azərbaycanlı qardaşlarımızın azadlıq sevincinə biz də ortaq olduq. Tarixi bölgədəki icra hakimiyyəti binasına görüşlər keçirdik. Azərbaycanlı gənclərimizin sərgilədiklərini izlədik. Şuşa ən axırıncı azad edilən, ən çox mübarizə aparılan yerdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
O bildirib ki, Şuşanın azadlığa qovuşması Azərbaycan üçün sadəcə bir torpaq qazancı olmaqdan çox böyük önəmə malikdir:
“İnşallah, işğaldan azad olunan bütün Qarabağ və Azərbaycan torpaqlarının ən qısa zamanda çiçəklənəcəyi günlər yaxındadır.
İllərlə vətən həsrəti çəkən azərbaycanlı köçkün qardaşlarımızın ən qısa müddətdə evlərinə dönə bilmələri üçün Türkiyə olaraq öhdəmizə düşən vəzifəni yerinə yetiririk, bunu davam etdirəcəyik.
Qardaşım Əliyevlə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəmi başlatdıq. Bir çox müqaviləni yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik”.