Eriksen əməliyyat olundu
AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka – Finlandiya matçında huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen əməliyyat olunub.
Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
Xəbərdə, Eriksenin ürəyindən uğurlu əməliyyat keçirdiyi bildirilib. 29 yaşlı hücumçuya kardioverter-defibrillyator (İCD) qoşulub.
Eriksen ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.
Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.