Eriksen xəstəxanadan paylaşım etdi - FOTO


Avro-2020-nin B qrupunda keçirilən Danimarka - Finlandiya oyununda ürəktutmasından yerə yıxılan danimarkalıların ulduz futbolçusu Kristian Eriksen xəstəxanadan foto paylaşıb.


“Qafqazinfo” xəbər verir ki, o, şəklinə yazdığı şərhində özünü yaxşı hiss etdiyini deyib.

“Hər kəsə salam. Dünyanın hər yerindən gələn heyrətamiz dəstəyinizə görə minnətdaram. Bu, mən və ailəm üçün çox şey ifadə edir.

Mən yaxşıyam. Xəstəxanada bir sıra müayinələrdən keçməliyəm. Ancaq özümü yaxşı hiss edirəm. Qarşıdakı oyunlarda komanda yoldaşlarımı dəstəkləyəcəyəm. Bütün Danimarka üçün oynayın”, - qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu