Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"


"Bəzi matçlarda vacib xallar itirdik. Bunu istəməzdik. Ümumi götürsək, oynamadığım dönəmdə komandamın performasını yaxşı dəyərləndirirəm".


Bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov klubun rəsmi televiziyasına açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

Zədəsini sağaldan 30 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Məşqlərdə iştirakı səbirsizliklə gözləyirdim. Artıq komanda ilə birlikdəyəm. Baş məşqçi şans versə, kömək etməyə hazıram".

İsrafilov XV turda "Səbail"lə görüşün asan olmayacağını söyləyib: "Rəqib yaxşı heyətə malikdir. Amma bizim adımız "Neftçi"dir və qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu