Nazarbayev ürəyindən əməliyyat olundu
AFN.az xəbər verir ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib və ürəyindən əməliyyat olunub.
Nazarbayevin mətbuat katibi Aydos Ukibay Twitter hesabında Qazaxıstanın qurucu prezidenti Nazarbayevin ürəyindən əməliyyat olunduğunu bildirib.
Əməliyyatın uğurla keçdiyini qeyd edən Ukibay “Birinci Prezidentin həyatı təhlükədə deyil. İndi nəzarət altındadır. Əməliyyatı məşhur ürək mütəxəssisi Yuri Pya Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində həyata keçirib" - deyə vurğulayıb.