İstanbulda gəmi ilə qayıq toqquşub, ölənlər və yaralı var - FOTO


Türkiyənin İstanbul şəhərinin "Yavuz Sultan Səlim” körpüsü altında gəmi ilə balıqçı qayığı toqquşub.



Bu barədə AFN “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı qayıqda olan 2 balıqçı həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu