Bayden Putinə inandığını başını yelləməklə təsdiqlədi
ABŞ Prezidenti Co Bayden amerikalı jurnalistlərin onun Rusiya Prezidenti Vladimir Putinə güvənib-güvənmədiyi barədə sualına başını yelləyərək təsdiq cavabı verib.
Bu barədə “Politico” nəşrinin müxbiri Anita Kumar məlumat verib.
“Putinə inanıb-inanmadığı barədə sual verilərkən Bayden təsdiqləyici şəkildə başını yuxarı və aşağı yellədi”,- deyə o qeyd edib.