Bakıda 14 milyon manata hotel satılır - FOTO


Bakının mərkəzində, “Port Baku” ilə 800 metr məsafədə yeni tikilmiş lüks butik hotel satışa çıxarılıb.


AFN İndex.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin əmlak satışı ilə məşğul olan saytlarının birində elan yerləşdirilib.

Məlumata görə, hotelin 1-ci mərtəbsində 2 ədəd İtalya dizaynerləri tərəfindən dizayn olunmuş yeni restoran yerləşir. Otel 5 mərtəbədən və zirzəmidən ibarətdir. Həmçinin hotelin 3 və 2 otaqlı mənzilləri var. Otaqların sayı 50 ədəddir. Mərkəzi istilik və havalandırma sistemi ilə təchiz edilib.

Hoteldə camaşırxana da mövcuddur. Otelin sahəsi 2500 kv m təşkil edir. Tam təmirli, bütün mebel və avadanlıqla təchiz olunub.

Əlavə edilib ki, hoteli aylıq 50 min manatlıq icarəyə vermək imkanı da var.

Hitelin satış qiyməti isə 14 milyon manat təşkil edir.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu