İmtahanlarda COVID pasportu tələb olunacaqmı?


“İmtahanda iştirak edən şagirdlərin COVID pasportuna ehtiyac yoxdur. Çünki imtahan verənlərin yaşı 18-dən aşağı olanlardır, onlar isə hələ peyvənd olunmayıblar”.


Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, imtahana dəvət edilən şəxslərdən bu sənəd tələb ediləcək.

Abituriyentlərə isə bildirmişik ki, ailələrində koronavirusa yoluxan şəxslər varsa, imtahanda iştirak edə bilməyəcəklər: “Bizim öz işçilərimizin hamısı peyvənd olunub. Əməkdaşlar sırasında 68 nəfər virusa yoluxaraq sağalıb, 1 nəfər isə vəfat edib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu