DİM sədri: “Deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin...”




“Hamının bir dəfə pulsuz imtahanda iştirak etmək qaydası qalır. Şərait imkan versə, iki dəfə imtahan keçirərik. Amma bu şərait olmasa və bizə deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin, onda imtahan bir dəfə olacaq”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında deyib.

M. Abbaszadə hələlik konkret qərar olmadığını bildirib: “Hələ dəqiqliklə deyilməyib ki, imtahan 1 ay ərzində olmalıdır, yoxsa 2 ayda. Ümidvarıq ki, 2 dəfə keçirə bilərik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu