III qrup üzrə coğrafiya fənnindən imtahan ayrı keçiriləcək
“Xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının məzmun və istifadə olunan sualların səslənmə forması bu dəfə keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O xatırladıb ki, pandemiya səbəbindən əvvəlki illərdə səsləndirmə məsələsi təxirə salınmışdı.
M.Abbaszadə əlavə edib ki, III qrupda olan dəyişiklik səbəbindən yəqin ki, coğrafiya fənni üzrə imtahan ayrı olacaq.